EN

Ermənistan gömrüyünün rəhbəri: Tramp yolunda gömrük xidməti fəaliyyət göstərəcək

Ermənistanın cənubunda yerləşən Sünik vilayətindəki “Tramp yolu”nda gömrük xidməti fəaliyyət göstərəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Eduard Akopyan 12 sentyabrda parlamentdə qurumun 2024-cü il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı, müxalif “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın sualını cavablandırarkən bildirib.

Qeyd eədk ki, müxalif deputat ona belə bir sual ünvanlayıb: həmin yol qovşağının necə təşkil olunacağı və orada gömrük xidmətinin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı müzakirələr aparılıbmı? Minasyanı həmçinin bu xidmətin iş formatı da maraqlandırıb.

Cavabında Akopyan qeyd edib ki, detallar hələ də müzakirə mərhələsindədir:

“Buna baxmayaraq, bizim ümumi gömrük siyasətimiz total xarakter daşıyır. Biz bütün sərhədlərimizdə islahatlar aparırıq”, – deyə o qeyd edib.

Musavat.com

 

Chosen
32
1
musavat.com

2Sources