EN

Şokaladın içində qızıl keçirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Sitat.info-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
52
19
sitat.info

10Sources