EN

Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cerdan Şakiri "İnter”dəki günlərindən danışıb.

AZXEBER.COM xəbər verir ki, İsveçrə millisinin sabiq futbolçusu "La Gazzetta dello Sport”a müsahibəsində karyerasının müxtəlif məqamlarına toxunub.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildə "İnter”də keçirdiyi dövrün çətin olduğunu bildirib:

"Son 15 ilin ən zəif "İnter” heyətində idim. Komanda tarazlığı olmayan, çempionluq iddiası belə olmayan bir kollektiv idi. Mənə çox oyun vaxtı vəd olunmuşdu, amma fərqli bir mühitlə qarşılaşdım”.

Şakiri baş məşqçi Roberto Mançiniyə hörmət etdiyini, lakin daha çox şans qazana biləcəyini vurğulayıb. Onun sözlərinə görə, həmin dövrdə zədələr də rol oynayıb. Futbolçu əlavə edib ki, müalicə üçün onu "möcüzələr yaradan şaman”a yönləndirmişdilər, amma bu təcrübə uğursuz olub.

Şakiri açıqlamasında bildirib ki, bir vaxtlar "Yuventus”da 10 nömrə ola bilərdi, lakin transfer reallaşmayıb. O, ən yaxşı məşqçi kimi Pep Qvardiolanı, ən güclü komanda yoldaşı kimi isə Frank Riberini göstərib.

Hazırda "Bazel”də çıxış edən futbolçu İsveçrəyə qayıtdıqdan sonra yenidən motivasiya qazandığını və hələ karyerasını bitirmək fikrində olmadığını deyib.

Qeyd edək ki, C.Şakiri 2015-ci ilin yanvarında "Bayern”dən "İnter”ə transfer olunmuş, lakin burada cəmi yarım mövsüm çıxış etmişdi. O, A seriyasında 15 oyuna 1 qol vurmuş, yayda isə komandadan ayrılaraq "Stok Siti”yə keçmişdi.

Zəfər Hacılı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
azxeber.com

1Sources