EN

Hindistanın Cənubi Qafqazdakı səhvləri: Dehli mövqeyini dəyişməlidir

Azərbaycanla Hindistan arasındakı münasibətlərin kökləri Böyükİpək Yolu dövrünə qədər uzanır. O zaman Azərbaycan torpaqlarıAvropa ilə Hindistan arasında uzanan ticarət marşrutlarının mühümqovşaqlarından biri kimi çıxış edirdi. Müasir mərhələ isəAzərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra başladı.1992-ci il fevralın 28-də iki ölkə arasında rəsmi diplomatikmünasibətlər quruldu. Son otuz ildə əlaqələr müxtəlif mərhələlərdənkeçib: ilkin yaxınlaşmadan başlayaraq bu günə qədər həm iqtisadiəməkdaşlıq, həm də siyasi fikir ayrılıqlarının paradoksal birgəmövcudluğu ilə səciyyələnən mürəkkəb mərhələyə gəlib çıxıb.

Siyasi çətinliklərə baxmayaraq, Azərbaycanla Hindistan arasındaiqtisadi əməkdaşlıq sabit və müsbət dinamika nümayiş etdirir.2025-ci ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi1,44 milyard dollar səviyyəsində qaldı. Bu, 2022-ci ildə qeydəalınan rekord göstəricidən (1,88 milyard dollar) bir qədər aşağıolsa da, əlaqələrin davamlılığını təsdiqləyir.

Azərbaycan regionun enerji təhlükəsizliyində hələ də əsasoyunçulardan biridir. 2025-ci ilin yanvar-iyun aylarında ölkədəneft və qaz kondensatı hasilatı 13,7 milyon ton təşkil edib.Bununla yanaşı, neft ixracı 2,5% azalaraq 11,6 milyon tona düşüb.Hindistanın ONGC də daxil olmaqla iri şirkətləri Azərbaycanınenerji sektorunda sərmayələrini qoruyub saxlayır. 2025-ci ilin ilkyarısında bu sahəyə qoyulan Hindistan sərmayələrinin həcmi 1,404milyard manata çatıb ki, bu da ötən illə müqayisədə 5,8%çoxdur.

Hindistanın qeyri-neft sektoruna yatırdığı sərmayələr dəartmaqdadır. Hazırda Azərbaycanda Hindistan kapitalı ilə fəaliyyətgöstərən 230 şirkət var. Onlar farmasevtika, informasiyatexnologiyaları, toxuculuq sənayesi və kənd təsərrüfatı kimisahələrdə işləyirlər. Xüsusilə Hindistanın dərman şirkətləriAzərbaycanda əhəmiyyətli bazar payına sahibdir və ölkədə dərmantəchizatında mühüm rol oynayır.

Cənubi Qafqaz bölgəsində ölkəmizin yeni geosiyasi reallıqlarıformalaşdırmasından sonra rəsmi Dehlinin davranışı və yürütdyüsiyasət Azərbaycanla Hindistan münasibətlərinə də mənfitəsirgöstərib.

2025-ci ilin iyununda başlayan Azərbaycan-Rusiya diplomatikböhranı regionun xarici siyasət mənzərəsini ciddi şəkildə dəyişdi.Yekaterinburqda azərbaycanlıların saxlanılması, zorakılıqlar vəhəbslər Bakının Moskva ilə əlaqələrini xeyli soyutdu. Bu vəziyyətregional alyansların yenidən nəzərdən keçirilməsi üçün imkanyaratdı və Hindistan da daxil olmaqla digər oyunçular üçün dahageniş fəaliyyət meydanı açdı.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistanarasında sülh sazişinin paraflanması isə mühüm hadisə oldu. Sənədnəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsasərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzurdəhlizinin açılmasını nəzərdə tutur. Bu, regionun beynəlxalqəməkdaşlıq və nəqliyyat inteqrasiyası üçün yeni perspektivləraçır.

Azərbaycanla Hindistan münasibətlərində problemlər: obyektiv vəsüni baryerlər

Əməkdaşlıq üçün böyük potensial olsa da, rəsmi Dehlinin mövqeyisəbəbindən Azərbaycanla Hindistan arasındakı əlaqələr ciddiçətinliklərlə üzləşir.

Ən mühüm çətinləşdirici amil Azərbaycanın Pakistanla mövcud olansıx strateji tərəfdaşlığıdır. Pakistan Hindistanın tarixi rəqibiolduğuna görə bu amil ikitərəfli münasibətlərə kölgə salır vəqarşılıqlı etimadı zəiflədir.

Hindistan son illərdə Ermənistanla əməkdaşlığını, o cümlədənhərbi sahədə tərəfdaşlığını fəal şəkildə genişləndirir. Bu,Azərbaycanın haqlı narahatlığına səbəb olur, xüsusən də sondövrlərdə Qarabağda baş verən münaqişə kontekstində. Ermeni-hindəməkdaşlığının intensiv inkişafı Bakı ilə Dehli arasındamünasibətlərin dərinləşməsinə əlavə baryerlər yaradır.

Münasibətlərdə gərginliyin ən bariz nümunəsi 2025-ci ilinavqustunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində HindistanınAzərbaycanın təşkilata tamhüquqlu üzv kimi qəbulunu bloklamasıoldu. Bu qərar Azərbaycanın diplomatik səylərinə ciddi zərbə vurduvə Hindistanın dostluqdan uzaq mövqeyini açıq şəkildə göstərdi.

Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi Hindistana mühümfaydalar gətirə bilər, lakin hazırkı şəraitdə bunlar reallaşmamışqalır.

Azərbaycan həm neft, həm də qaz istehsalçısı kimi, həmçininŞərqlə Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizlərinin əsasqovşağı kimi Hindistan üçün mühüm əhəmiyyət daşıyır. Sürətləböyüyən Hindistan iqtisadiyyatı üçün əlavə enerji mənbələrinə çıxışkritik zərurətdir.

Azərbaycanla münasibətlərin inkişafı Hindistana Cənubi Qafqaz vəXəzər hövzəsində təsirini gücləndirməyə imkan verərdi. Bu isəHindistanın artan regional supergüc ambisiyalarına tam cavabverir.

Azərbaycan beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsashəlqəsidir. Bu layihə Hindistanı İran və Azərbaycan üzərindənRusiya və Avropa ilə birləşdirir. Dəhlizin inkişafı Hindistan iləAvropa bazarları arasında yüklərin daşınma vaxtını və xərciniəhəmiyyətli dərəcədə azalda bilər.

Rəsmi Dehlinin qeyri-konstruktiv mövqeyinə rəğmən, yenigeosiyasi şəraitdə Azərbaycanla Hindistan arasında münasibətlərininkişafı üçün əhəmiyyətli imkanlar qalmaqdadır.

Hindistan Azərbaycanın neft-qaz layihələrində iştirakınıgenişləndirə bilər. Buraya yataqların işlənməsi və enerjidaşıyıcılarının nəqli daxildir. 2025-ci ilin ilk yarısındaAzərbaycanda neft-qaz sektoruna xarici sərmayələr 5,8% artaraq1,404 milyard manata çatıb.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıregionda nəqliyyat inteqrasiyası üçün yeni imkanlar açır.Azərbaycan Hindistana nəqliyyat infrastrukturunun inkişafında, ocümlədən Zəngəzur dəhlizi və digər beynəlxalq nəqliyyatmarşrutlarında iştirak etməyi təklif edə bilər.

Hindistan dünyanın aparıcı IT mərkəzlərindən biridir, Azərbaycanisə bu sahəni fəal şəkildə inkişaf etdirir. Bu, qarşılıqlı faydalıəməkdaşlıq üçün möhkəm zəmin yaradır. Rəqəmsallaşma və ITinfrastrukturunun inkişafı sahəsində birgə layihələr hər ikiiqtisadiyyat üçün mühüm inkişaf drayverinə çevrilə bilər.

Hindistan kənd təsərrüfatı sahəsində, xüsusən də kəndtəsərrüfatı məhsullarının emalı istiqamətində zəngin təcrübəyəmalikdir. Bu təcrübə Azərbaycan üçün olduqca faydalı ola bilər.Aqrotexnologiyalar və qida sənayesi sahəsində ortaq layihələrAzərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəbilər.

Mövcud çətinliklərin aradan qaldırılması və əməkdaşlıqpotensialının reallaşdırılması üçün hər iki tərəfdən konkretaddımlar atılmalıdır.

Münasibətlərin normallaşması üçün rəsmi Dehli AzərbaycanlaErmənistan arasında sülh sazişindən sonra dəyişən geosiyasivəziyyəti nəzərə alaraq regional layihələrdə iştirak yanaşmasınınyenidən gözdən keçirməli, daha realist və balanslı mövqesərgiləməli, Azərbaycanın maraqlarını nəzərə almalı, enerjisektorunun hüdudlarından kənarda iqtisadi əməkdaşlığıngenişləndirməlidir.

Azərbaycanla Hindistan arasında münasibətlərin inkişafı təkcəikitərəfli deyil, həm də regional sabitlik və qlobal əməkdaşlıqbaxımından strateji əhəmiyyət daşıyır. Mövcud maneələrin aradanqaldırılması və qarşılıqlı etimadın bərpası yeni imkanlarınreallaşmasına və hər iki ölkənin maraqlarına xidmət edəntərəfdaşlığın dərinləşməsinə yol aça bilər.

Azərbaycanla Hindistan arasındakı münasibətlər hazırda mühümseçim nöqtəsindədir. Bir tərəfdən, sabit ticarət dövriyyəsi vəsərmayələr ikitərəfli əməkdaşlığın inkişafı üçün ciddi iqtisadiəsasların mövcudluğunu göstərir. Digər tərəfdən, ilk növbədəPakistan amili və Hindistanın Ermənistana verdiyi dəstək kimisiyasi fikir ayrılıqları strateji yaxınlaşma üçün ciddi maneələryaradır.

Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini bloklaması ikiölkə arasında mövcud ziddiyyətlərin dərinliyini göstərənnarahatedici siqnal oldu. Bununla belə, bu addım digər sahələrdəmünasibətlərin inkişafı üçün aşılmaz baryerə çevrilməməlidir.

Azərbaycan üçün əsas məsələ Hindistanla əməkdaşlığıdərinləşdirmək kursunu davam etdirmək, konstruktiv dialoqa vəqarşılıqlı faydalı tərəfdaşlığa hazır olduğunu nümayiş etdirməkdir.Azərbaycan indopakisatan qarşıdurmasının girovuna çevrilməməli,əksinə, çoxqütblü dünyada müxtəlif güc mərkəzləri arasında körpürolunu oynaya biləcək mövqeyini gücləndirməlidir.

2025-ci ilin yeni geosiyasi reallıqları – Ermənistanla sülhsazişi və Rusiya ilə diplomatik böhran fonunda Azərbaycan xaricisiyasət prioritetlərini yenidən nəzərdən keçirmək və Hindistanlamünasibətləri qlobal oyunçu ilə əməkdaşlıq müstəvisində daha daaktivləşdirmək imkanı qazanıb.

Hindistan üçün isə Azərbaycanla münasibətlərə yanaşmanı yenidəngözdən keçirmək mühüm əhəmiyyət daşıyır. Dehlinin başa düşməsivacibdir ki, Bakı ilə əməkdaşlığın inkişafı uzunmüddətli stratejimaraqlarına tamamilə uyğundur. Praqmatizm və dialoqa hazırlıqqısamüddətli siyasi maraqlardan üstün tutulmalıdır.

Tarixi olaraq Azərbaycanla Hindistan arasında sıx ticarət vəmədəni əlaqələr mövcud olub. Bu gün həmin ənənəni yeni əsaslarlabərpa etmək üçün geniş imkanlar var.

Hər iki ölkənin maraqları tələb edir ki, münasibətlərləəlaqələrdə pozitiv gündəliyə qayıdılsın və qarşılıqlı hörmət,həmçinin bir-birinin maraqlarını praqmatik şəkildə nəzərə almaqəsasında münasibətlər qurulsun. Geopolitik ziddiyyətlər iki xalqınrifahına xidmət edə biləcək iqtisadi və humanitar əməkdaşlığıninkişafına mane olmamalıdır.

Bunun üçünsə rəsmi Dehli indiki mövqeyinə və Azərbaycanla bağlıyürütdüyü siyasətə yenidən baxmalı, köklü dəyişiklikləretməlidir.

Chosen
21
5
az.trend.az

6Sources