EN

Çempionlar Liqasının finalı Bakıda keçirilməyəcək

UEFA 2027-ci ildə Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərar verib.

Sportinfo.az xəbər verir ki, Avropa futbolunun rəhbər orqanı həlledici matç üçün İspaniyada “Atletiko Madrid”in stadionu “Metropolitano”nu seçib.

Bu barədə rəsmi təsdiq bu gün Albaniyanın paytaxtı Tiranada təşkil olunan iclasda veriləcək.

“Metropolitano” stadionu ilə yanaşı UEFA Çempionlar Liqasının 2027-ci ildə keçiriləcək final oyununa ev sahibliyi etməyə Bakı Olimpiya Stadionu da namizəd idi.

Chosen
22
sportinfo.az

1Sources