EN

Fransa XİN Polşadakı insidentlə bağlı Rusiya səfirini çağıracaq

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın həmin ölkədəki səfiri Aleksey Meşkovu Polşada baş verən PUA insidenti ilə bağlı çağıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində bildirib.

“Bu səhər ona zəng edəcəyik”, – deyə Barro suala cavabında qeyd edib. O, Polşada pilotsuz uçuş aparatının qəzaya uğramasında Rusiyanı ittiham edib və vurğulayıb ki, Fransa bu cür hadisələri istər təsadüfi, istərsə də bilərəkdən baş verməsindən asılı olmayaraq qəbuledilməz hesab edir.

Sentyabrın 10-da səhər saatlarında Polşa Ordusunun Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan və PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb. Hadisə ilə bağlı NATO, Polşanın müraciəti əsasında, alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə istinad edib.

Chosen
55
operativmedia.az

1Sources