EN

Culfada ağır qəza - 4 polis əməkdaşı öldü


Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır./Report.az/


Chosen
47
7
nuh.az

10Sources