EN

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlandı – Yenilənib


Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

***08:52 
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
“Faktla bağlı araşdırma aparılır.
Chosen
38
10
yeniavaz.com

10Sources