EN

İŞİD ə qarşı keçirilən əməliyyatlarda 161 şübhəli saxlanılıb

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Türkiyədə son bir həftədə İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərdiyi və terror təşkilatına maliyyə dəstəyi verdiyi üzə çıxan 161 şübhəli saxlanılıb.

Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, Daxili İşlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Yerlikaya verdiyi açıqlamada bir həftə ərzində Ankara və İstanbul da daxil olmaqla 38 vilayətdə İŞİD-ə qarşı eyni vaxtda əməliyyatlar aparıldığını bildirib.

Qeyd olunub ki, saxlanılan şəxslərdə sənədsiz silahlar və çoxlu sayda təşkilati sənəd və rəqəmsal material aşkarlanıb.

İlahə Qənbərli

Missiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
missiya.az

2Sources