EN

Türkiyəli hakerlər İsrailin müdafiə nazirinə zəng edib

Bir qrup türkiyəli haker cümə axşamı, sentyabrın 11-i axşam saatlarında İsrailin müdafiə naziri İsrael Katsın mobil telefon nömrəsini yayımlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Vesti” media orqanı xəbər yayıb.

Məlumata görə, hakerlər videobağlantı vasitəsilə Katza zəng edə biliblər. Nazir zəngə cavab verib və özünə qarşı kobud sözlər eşidib.

Haker Kats əlaqəni kəsməzdən əvvəl zəng edənlər onun ekran görüntüsünü çəkib dərc etməyi bacarıblar. Bundan sonra Katz təhqir və açıq təhdidlərlə dolu minlərlə mesaj alıb.

ElcanMissiya.Az

Chosen
23
3
missiya.az

4Sources