EN

"Beşiktaş"ın sabiq ulduzu klubsuz qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın "San-Paulu" klubu hücumçu Vensan Abubakarın transferini reallaşdırmaqdan vaz keçib.
Oxu.Az xəbər verir ki, klub "Hatayspor"dan ayrıldıqdan sonra azad agent statusunda olan kamerunlu forvardla danışıqlar aparıb.
Lakin 33 yaşlı futbolçunun maliyyə tələbləri "San-Paulu"nun büdcəsini aşdığı üçün tərəflər arasında anlaşma baş tutmayıb.
Qeyd edək ki, Abubakar ötən mövsüm "Hatayspor"un heyətində 28 oyunda iştirak edib, 8 qol və 2 assistlə yadda qalıb.
Kamerunlu hücumçunun adı yayda "Qarabağ"la da hallanırdı.
Chosen
21
50
oxu.az

10Sources