EN

Maduro: Venesuela son 100 ilin ən böyük təhlükəsi ilə üz üzədir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hakim Venesuela Birləşmiş Sosialist Partiyası (BVSP) ABŞ-ın təcavüzü halında silahlı mübarizəyə keçməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Bolivar Respublikasının prezidenti Nikolas Maduro BVSP və partiyanın gənclər qanadının qurultayında “Venezolana de Television” telekanalında deyib.

“Amerika imperializminin Venesuelaya qarşı mümkün təcavüzü zamanı BVSP dərhal dinc mübarizə formasından silahlı mübarizəyə keçməlidir,” – deyə Maduro vurğulayıb.

Prezident əlavə edib ki, Venesuela xalqı təslim olmayacaq və suverenlik, müstəqillik və inkişaf haqqı uğrunda mübarizəni davam etdirəcək.

Maduro, həmçinin “Müstəqillik 200: fəal müqavimət və davamlı hücum əməliyyatı” adlı milli müdafiə planının işə salındığını, ölkə üzrə silahlı qüvvələrin və xalq milisinin kompleks müdafiə tədbirlərinə başladığını bildirib. “Bolivar inqilabı güclü kollektiv hərəkata çevrilib. Milyonlarla qadın, kişi və gənc Venesuelanı müdafiə etməyə hazırdır,” – deyə prezident qeyd edib.

O, ABŞ-ı ölkəsinə qarşı əsassız hədələr səsləndirməkdə ittiham edərək əlavə edib: “Heç kim Amerika imperiyasına Venesuelaya və dünyanın digər xalqlarına təzyiq göstərmək səlahiyyəti verməyib”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın narkotik alveri ilə mübarizədə qeyri-kafi tədbirlər gördüyünü bildirib. Vaşinqton, həmçinin Maduronu “Cartel de los Soles” adlı narkokartelin üzvü olmaqda ittiham edir ki, bu iddialar Karakas tərəfindən qəti şəkildə təkzib olunur.

Avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines ("USS Gravely", "USS Jason Dunham" və "USS Sampson") Karib dənizinin cənubuna, Venesuela sahillərinə doğru göndərilib. ABŞ, əməliyyatın narkokartellərlə mübarizə məqsədi daşıdığını bildirib.

Bundan əlavə, "USS Newport News" atom sualtı qayığı, "USS Lake Erie" raket kreyseri, desant gəmiləri və 4 500 nəfərlik hərbi kontingentin də bölgəyə dislokasiya olunduğu bildirilir.

Maduro ABŞ hərbi gəmilərinin Venesuela sahillərinə toplanmasını ölkənin son 100 ildə qarşılaşdığı ən ciddi təhlükə adlandırıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
bizimyol.info

1Sources