BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirkin dəfn mərasimində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə o özü Ağ Ev qarşısında jurnalistlərə bildirib.
“Düşünürəm ki, bu Arizonada olacaq. Məndən gəlməyimi xahiş etdilər. Düşünürəm ki, bunu etməliyəm”, - dövlət başçısı deyib.
Tramp dəfn mərasiminin növbəti həftəsonu keçiriləcəyini söyləyib, lakin dəqiq tarixi açıqlamayıb.
ABŞ dövlət başçısı gənclər arasında seçki təbliğatında Kirkin ona çox kömək etdiyini vurğulayıb. Tramp qətlə yetirilmiş siyasi fəalı ötən il baş tutmuş prezident seçkilərində qələbə qazanmasının mühüm faktoru adlandırıb.
Xatırladaq ki, amerikalı siyasi fəal və Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı güllələnib.