Budapeşt, 12 sentyabr, AZƏRTAC
Macarıstanda gündə təxminən min barelə yaxın neft hasil edə bilən neft yatağı kəşf edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə MOL neft-qaz şirkəti bildirib.
Qeyd olunub ki, quyu Qalqaheviz şəhəri yaxınlığında yerləşir. O, “MOL Group”un ümumi istehsalının təxminən 0,5 faizini təmin edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt