ABŞ Ermənistana 145 milyon dollar yardım etmək niyyətindədir.
Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib: “Mən çox şadam ki, Konqreslə əməkdaşlıq edərək Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindəyik. Bu, Beynəlxalq Sülh və Rifah üçün Trampın Yol Xəritəsinin və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə sərmayələrin dəstəklənməsi yolu ilə əldə edilmiş müvafiq razılaşmaların həyata keçirilməsi üçün maliyyənin birinci tranşıdır”.
Ermənistan hökumətinin məlumatında qeyd olunur ki, Qriqoryan avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndirib və birgə səylərlə Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ikitərəfli münasibətləri inkişaf etdirməyin mümkün olacağına ümid etdiyini bildirib: “Həmsöhbətlər regional hadisələri və kommunikasiyaların blokdan çıxarılması imkanlarını müzakirə ediblər, həmçinin “Trampın beynəlxalq sülh və firavanlığa aparan yolu” layihəsinin əhəmiyyətinə toxunublar”.
Musavat.com