BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ "Tramp marşrutu" layihəsi üzrə Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə bildirib.
"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, "Trampın Beynəlxalq Sülh və Rifah yolu" təşəbbüsü və avqustun 8-də əldə edilmiş müvafiq razılaşmalar çərçivəsində ilk maliyyə tranşıdır.", - deyə o qeyd edib.
"Vəsaitlər ticarət, infrastruktur, kritik minerallar üçün tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq", - deyə Henrehen əlavə edib.