ABŞ Dövlət Departamenti Ermənistana 145 milyon dollar maliyyə dəstəyi ayırır.
Paytaxt.org Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Qeyd olunub ki, bu qərar “Trump Route” (Zəngəzur dəhlizi – red.) layihəsi və avqustun 8-də Azərbaycan–Ermənistan arasında əldə olunan razılaşmalar çərçivəsində verilib. Ayrılacaq vəsait ölkədə iqtisadi sabitliyin möhkəmləndirilməsi, infrastrukturun yenilənməsi və regional inteqrasiyanın gücləndirilməsi üçün nəzərdə tutulub.
Yardım çərçivəsində sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, gömrük və nəzarət sistemlərinin rəqəmsallaşdırılması, nəqliyyat xətlərinin bərpası, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması planlaşdırılır.
Vaşinqton bildirir ki, bu addım Ermənistanın təhlükəsizlik və iqtisadi dayanıqlığını artırmaqla yanaşı Cənubi Qafqazda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə də xidmət edəcək.