ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoya məktub göndərərək dördqat “Böyük Şlem” qalibi və dünyanın bir nömrəli tennisçisi Arina Sobolenkonun US Open – 2025-dəki uğurunu yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, məktub Minskdə Trampın nümayəndəsi Con Koul tərəfindən Lukaşenkoya təqdim olunub.
Məktubda bildirilir ki, Sobolenkonun Nyu-Yorkdakı möhtəşəm qələbəsi Belarusun ən yaxşı keyfiyyətlərini nümayiş etdirir və onun nailiyyətləri ilə ölkəsinin qürurlandığı vurğulanır.
Lukaşenko təqdim olunmuş təbrikə belə reaksiya verib: “İzləyir, gözəl işdir!”.
Qeyd edək ki, Sobolenkо finalda ABŞ tennisçisi Amanda Anisimovunu 6:3, 7:6 (7:3) hesabı ilə məğlub edərək 2024-cü ildə qazandığı titulunu qoruyub.