EN

"Salah üçün çox darıxıram"

“Liverpul”un sabiq hücumçusu Roberto Firmino keçmiş komanda yoldaşı Məhəmməd Salah barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "Tandy" braziliyalı fubolçunun dediklərini belə çatdırıb. 

“Mən ‘“Liverpul”a və Salahın nailiyyətlərinə görə sevinirəm. Onu çox darıxıram. Əgər mənim çıxışlarımı izləyirsə, ona demək istəyirəm ki, onunla və dostluğumuzla qürur duyuram”

Qeyd edək ki, braziliyalı forvard 2015–2023-cü illərdə “Liverpul”un formasını geyinib. Bu müddətdə 362 oyunda iştirak edən Firmino 111 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda 33 yaşlı futbolçu Qətərin “Əl-Sədd” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfermarkt məlumatına görə, Firminonun bazar dəyəri 5 milyon avrodur.

Chosen
29
90deqiqe.az

1Sources