EN

Bir yaşlı körpə anasının qucağından düşərək ölüb

Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Neftçala rayonun II Qaralı kəndində baş verib.

Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
7
sitat.info

10Sources