EN

FTB Çarlini vurmaq üçün istifadə edilən silahı tapıb

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) çərşənbə günü universitet kampusunda “Turning Point” təşkilatının yaradıcısı, Trampın qatı tərəfdarı Çarli Kirkə qarşı açılan atəşlə bağlı istintaq apardığını açıqlayıb.

“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanıb və silahın atışmada istifadə edildiyi ehtimal edilir.

FTB-nin xüsusi agenti Robert Balls silahla yanaşı, ərazidə ayaqqabı və qol izlərinin də aşkar edilərək analizə göndərildiyini bildirib.

Şübhəlinin universitet tələbəsi olduğu güman edilir və hüquq-mühafizə orqanları onun tutulması üçün “gecə-gündüz” çalışdıqlarını açıqlayıb. Yuta ştatının İctimai Təhlükəsizlik Müvəkkili Beau Meyson atıcının hadisədən əvvəl binanın damına qalxdığını və atəş açdıqdan sonra qaçaraq izini itirdiyini deyib.

Rəsmilər şübhəlinin görüntülərinin olduğunu, lakin hazırda ictimaiyyətlə paylaşılmayacağını bildirib. Eyni zamanda FTB hadisəyə şahidlik etmiş şəxsləri, eləcə də foto və videosu olanları məlumat verməyə çağırıb.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
2
qafqazinfo.az

10Sources