EN

“Yalvarıram, Rusiya və Belarusa getməyin” -Polşanın XİN rəhbəri  

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarını Rusiya və Belarusa səyahət etməməyə çağırıb.

Musavat.com-un xəbərinə görə, nazir bildirib ki, bu ölkələrdə insanlar tez-tez əsassız olaraq həbs olunur və girov vəziyyətinə salınır.

“Belarus və Rusiya kimi ölkələr sadəcə insanları girov götürürlər. Biz isə dəyişmək üçün həmişə “öz girovumuzu” tapa bilmirik... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kim gedirsə, buna özü risk edir. Sonra Polşa dövlətini günahlandırmayın”, – deyə Sikorski vurğulayıb.

Onun sözlərinə görə, Polşa dövləti vətəndaşlarının təhlükəsizliyini ön planda tutur və hər kəsi riskli istiqamətlərdən uzaq durmağa səsləyir.

Musavat.com

Chosen
9
1
musavat.com

2Sources