EN

Nura Suridən şikayət - Rəsmi qurum AÇIQLAMA VERDİYENİLƏNİB

Nura Surinin şikayəti cavabsız qalmayıb.

Musavat.com xəbər verir ki, “Azərsu”nun (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) rəsmi “Facebook” səhifəsindən sənətçinin şikayətinə münasibət bildirilib
Qeyd edilib ki, ünvandakı istismar müddəti bitmiş boru yaxın müddətdə yenisi ilə əvəz olunacaq:

“Hörmətli abonent, qeyd etdiyiniz ünvandakı istismar müddəti bitmiş boru MTK tərəfindən çəkilib və Xidmətimizə aid deyil. Xidmətimizə sakinlər tərəfindən müraciət edilib. Yaxın müddətdə boru yenisi ilə əvəz olunacaq.”
****
Müğənni Nura Suri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən şikayət edib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək binalarının altındakı avtodayanacağa su axdığını bildirib: 
"Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır.
Rəsmi məktub da yazılıb, amma nə məktuba cavab verilir, nə də boru dəyişdirilir. Qar və yağış yağanda "Azərsu"nun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma qurum buna məhəl qoymur.
Bəs hara şikayət edək? Yenə ölkə Prezidentinə müraciət edək? Nə etməliyik ki, bu qurum işini normal şəkildə görsün?"
Chosen
9
4
yenilik.az

5Sources