EN

Kəmalə Ağazadənin adından dələduzluq edildi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin adından dələduzluq edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Kəmalə Ağazadə şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Hörmətli dostlar! Son günlər mənim adımdan Rafilə adlı qadın səhifəmi izləyən dostlarıma (bəlkə də vəsiqəsindən istifadə edilir bilmirəm.) “@rahile1878” instaqram səhifəsindən yazaraq mənim əməkdaşım olduğunu bildirir və 25 manat pul istəyir.

Məsələ odur ki, bir ay öncə mənə də “Ümid yeri” uşaq sığınacağının işçisi olduğunu, maaşa qədər ehtiyacını olduğunu bildirərək 25 manat istədi. Mən də Nigar xanımdan soruşmadan göndərdim.

Dedim, insandır bəlkə ehtiyacı onu məcbur edir demədim. Amma 2 gün ard-arda dostlarım mənə, əməkdaşlarıma yazır ki, "sizin işçinizdir? Pula ehtiyacı var. "Bildirmək istəyirəm ki, mənim belə işçim yoxdur. Bu kimdirsə dələduzdur!!! Nigar xanımın da belə əməkdaşı yoxdur!”, - deyə Kəmalə Ağazadə paylaşımında qeyd edib. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
cebheinfo.az

2Sources