EN

Beynəlxalq Olimpiya Komitəsi MOK əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçirilmiş I Avropa Oyunlarının 10-cu ildönümü münasibətilə Olimpiya Hərəkatının təbliği və inkişafındakı fəaliyyətinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən təbrik məktubu ünvanlanıb.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, Milli Olimpiya Komitələri ilə Əlaqələr, Olimpiya Həmrəyliyi və Olimpizm365 üzrə direktor Ceyms Mklodun ünvanladığı məktubda M. Kərimovun gənclərə ilham verməsini və Avropada Olimpiya dəyərlərinin təbliğində xüsusi rolunu vurğulayıb.

Qeyd edək ki, Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə çalışır.

O, müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.

Chosen
12
1
azertag.az

2Sources