EN

Netanyahu Qətəri təhdid etdi - hücumlar davam edəcək...

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəsmilərinə hücumundan sonra Təl-Əviv hökuməti yeni təhdidlərlə çıxış edib. Qətəri HƏMAS rəsmilərini ölkədən çıxarmağa çağıran baş nazir Benyamin Netanyahu Körfəz ölkəsini hücumların davam edəcəyi ilə hədələyib.

"Ya onları ölkədən çıxarın, ya da ədalətə təslim edin. Çünki etməsəniz bunu biz edəcəyik" - deyə Netanyahu X sosial media platformasında yayımladığı video müraciətində bildirib.

Qətər və HƏMAS rəsmilərinin olduğu bütün ölkələrə səslənən Netanyahu, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki qəfil hücumunu 11 sentyabr hücumlarına bənzədib.

Qətərin suverenliyini və beynəlxalq hüququn təməl prinsiplərini pozan hücuma görə dünyanın müxtəlif ölkələrindən İsrailə yönələn qınaqlara gəlincə Netanyahu deyib: "İndi dünyanın müxtəlif ölkələri İsraili qınayır. Onlar özlərindən utanmalıdırlar".

TAHİR

Chosen
57
baki-xeber.com

1Sources