EN

Avropada ixtisarlar artır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Roma, 11 sentyabr, AZƏRTAC

Avropa şirkətləri iqtisadiyyatın zəifləməsi, tələbatın azalması və rəqabətin artması fonunda xərcləri azaltmaq üçün iş yerlərinin dondurulması və ya ixtisara əl atırlar.

AZƏRTAC xəbər verir ki, başda Çin olmaqla, Asiyadan olan rəqabət, davam edən Rusiya-Ukrayna müharibəsinin təsiri, ABŞ-ın tarifləri ilə ağırlaşan iqtisadi şərtlər və zəifləyən iqtisadiyyat səbəbindən bir çox məhsula tələbatın davamlı zəifləməsi və texnoloji irəliləyişlər, xüsusilə də süni intellekt Avropa şirkətlərini yenidən strukturlaşmaya məcbur edir.

Avtomobil sənayesindən tutmuş əczaçılıq, texnologiya, mühəndislik, aviasiya və bank işinə qədər qitənin çoxsaylı sektorlarına təsir edən ixtisar dalğası qeyri-müəyyən və yavaşlayan iqtisadiyyatda qlobal işçi qüvvəsinin üzləşdiyi davamlı problemləri nümayiş etdirir.

Dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan “Stellantis” İtaliyadakı işçi qüvvəsini bu il 2500 nəfər azaldacağını açıqlayıb. Fransa-İtaliya birgə müəssisəsi olan “STMicroelectronics” isə qarşıdakı 3 il ərzində 5000 işçisini ixtisar edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
azertag.az

3Sources