EN

Çin şirkətinin rəhbəri: Bakını Asiya ilə Avropanı birləşdirən əsas mərkəz kimi görürük

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 sentyabr, AZƏRTAC

Son dövrdə Çin və Azərbaycan arasında yüklərin dövriyyəsində əhəmiyyətli artım müşahidə edirik. Bununla yanaşı, rəqabət də artır. Bu, çox müsbət inkişafdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Çinin “Pekin Trans-Avrasiya Beynəlxalq Logistika” şirkətinin İdarə Heyətinin sədri Vansyu Donq bildirib.

“Şirkətimiz logistika xidmətlərinin inkişafında pioner hesab olunur. Hazırda həftə ərzində bir neçə dəfə Sian və Bakı arasında qatar yolu ilə yükdaşımaları həyata keçiririk. Bakı şəhərini Asiya ilə Avropanı birləşdirən əsas mərkəz kimi görürük”, - deyə o vurğulayb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
azertag.az

3Sources