EN

Ölümcül xəstəliklərin dərmanı, olan tərəvəz satışda – Cəmi 1 manata hər yerdə

Hazırda bazar və marketlərdə bol-bol rast gəlinən, qiyməti cəmi 1 manat olan bu tərəvəz həm dadı, həm də sağlamlığa faydaları ilə seçilir. 

Yenisabah.az xəbər verir ki, müasir tibbi araşdırmalar göstərir ki, gündəlik qidalanmada istifadə edildikdə həm immuniteti möhkəmləndirir, həm də bir çox ağır xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Ən önəmlisi odur ki, bu məhsul antioksidantlarla son dərəcə zəngindir. Tərkibindəki “quercetin” adlı maddə orqanizmdə sərbəst radikalları neytrallaşdırır və hüceyrələrin yaşlanma prosesini ləngidir. Bu səbəbdən alimlər onu xərçəngin profilaktikasında xüsusi yerə qoyurlar. Sezar pizza

Mütəxəssislər bildirir ki, bu tərəvəz həmçinin ürək-damar sistemini qoruyur. Onu yemək qan dövranını yaxşılaşdırır, damarların elastikliyini artırır və “pis xolesterin”i aşağı salır. Nəticədə ürək tutması, infarkt və insult riskini azaldır.

Daha bir vacib faydası isə qan təzyiqini tənzimləməsidir. Xüsusilə təbii formada, çiy halda yeyildikdə təzyiqin normallaşmasına yardım edir. Bununla yanaşı, qanı durultduğu üçün tromb yaranmasının qarşısını almaqda da əhəmiyyətlidir.

Həkimlər bu tərəvəzin mədə-bağırsaq sisteminə də xeyirli olduğunu vurğulayırlar. Həzm prosesini asanlaşdırır, bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətini gücləndirir. İmmuniteti artıran təsiri ilə soyuqdəymə və qrip mövsümündə də mühüm dəstəkdir.

Bundan başqa, göz sağlamlığına da müsbət təsir göstərir. İçindəki kükürdlü birləşmələr gözün tor qişasını qoruyur və yaşa bağlı görmə zəifliklərinin qarşısını alır.

Qeyd edək ki, hazırda bazarlarda cəmi 1 manata satılan bu məhsul həm ucuz, həm də möcüzəvi faydaları ilə gündəlik süfrələrdə yer almalıdır. Qidalanma mütəxəssisləri onu həm salatlarda çiy, həm də bişmiş yeməklərdə istifadə etməyi məsləhət görürlər.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
11
36
yenisabah.az

10Sources