EN

Corcio Armani haqqında film çəkiləcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Roma, 11 sentyabr, AZƏRTAC

Ötən həftə vəfat edən məşhur italiyalı modelyer-dizayner Corcio Armani haqqında film çəkiləcək.

AZƏRTAC xəbər verir ki, “moda kralı”, “Made in Italy”nin yaradıcısı”, “Stil ikonası” kimi bir çox titulları ilə tanınan Corcio Armani haqqında “Armani - moda kralı” adlı bioqrafik film hazırlanır. İtalyan moda əfsanəsinin həyatından bəhs edən filmin prodüseri italiyalı Andrea İervolinodur. Corcio Armaninin şəxsi və peşəkar inkişafını araşdıracaq filmin ssenarisini Bobbi Moresko yazacaq. Aktyorlar və filmin təqdimat tarixi barədə məlumat verilməyib.

Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də qaraciyər çatışmazlığından 91 yaşında vəfat edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
3
azertag.az

4Sources