AZ

Corcio Armani haqqında film çəkiləcək

Yazını böyüt
Yazını kiçilt

Məşhur italiyalı mərhum modelyer-dizayner Corcio Armani haqqında film çəkiləcək.

Hafta.az-ın məlumatına görə, “moda kralı”, “Made in Italy”nin yaradıcısı”, “Stil ikonası” kimi bir çox titulları ilə tanınan Corcio Armani haqqında “Armani - moda kralı” adlı bioqrafik film hazırlanır. İtalyan moda əfsanəsinin həyatından bəhs edən filmin prodüseri italiyalı Andrea İervolinodur. Corcio Armaninin şəxsi və peşəkar inkişafını araşdıracaq filmin ssenarisini Bobbi Moresko yazacaq.

Aktyorlar və filmin təqdimat tarixi barədə məlumat verilməyib.

Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də qaraciyər çatışmazlığından 91 yaşında vəfat edib.

Seçilən
10
3
hafta.az

4Mənbələr