EN

Erməni deputat nə təklif edir?

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən Ermənistan parlamentində baş nazir Nikol Paşinyan deputatların suallarını cavablandırıb.

Tribunainfo.az xəbər verir ki, müzakirə olunan əsas məsələ Tramp dəhlizi və azərbaycanlıların bu dəhlizdən necə keçəcəyi ilə bağlıdır.

Nikol Paşinyan bildirib ki, azərbaycanlıların dəhlizdən maneəsiz keçəcəyi dəqiqdir. Onun sözlərinə görə, erməni sərhədçiləri azərbaycanılarla təmas qurmayacaq. “Bunun üçün xüsusi texnologiyalardan istifadə olunacaq. Sərhədçilər zərurət yarandığı təqdirdə məsələyə müdaxilə edəcəklər”.

Lakin deputat Aqnesa Xamoyan məsələ qaldırıb ki, sərhəddən keçən azərbaycanlılarla bağlı bəsi məsələlər dəqiqləşməlidir. “Azərbaycanlılar, məsələn, Ermənistan ərazisində cinayət törətsələr, həbs olunacaqlarmı? Onların pasportları yoxlanılacaqmı?”

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
tribunainfo.az

2Sources