EN

Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan və NATO əməkdaşlıq məsələlərini, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər.

Moderator.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan Prezidenti Vaqn Xaçaturyan ölkəyə səfər edən NATO-da akkreditə olunmuş səfirləri qəbul edib.

"Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığı gündəliyinin əsas məsələləri müzakirə edilib, əməkdaşlığın inkişafının və proqramların davamlılığının əhəmiyyəti vurğulanıb", - məlumatda bildirilib.

Bundan əlavə, regiondakı vəziyyət, sabit və davamlı sülhün qurulması istiqamətində atılan addımlar müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
3
moderator.az

4Sources