EN

Çin avtomobil brendində ən çox yaşanan problemlər: Narazılıqlar çoxalır…

Son illərdə Çinin premium elektrik avtomobil brendi sayılün “Zeekr” sürətlə beynəlxalq bazarlara çıxışını genişləndirir. Dizaynı, innovativ texnologiyaları və yüksək performansı ilə diqqət çəkən modellər – Zeekr 001, Zeekr X və digərləri – sürücülər arasında maraq doğurub. Lakin istifadəçi rəyləri və test hesabatları göstərir ki, bu avtomobillərdə bir sıra problemlər də özünü göstərir.

İnformasiya sistemi ilə bağlı narazılıqlar…

Ən çox rast gəlinən problemlərdən biri infotainment sistemidir. Sürücülər ekranlarda donma, ləngimə və bəzən sistemin cavab verməməsi hallarını qeyd edirlər.

Günəş işığında ekran oxunaqlığının zəif olması da tez-tez şikayət edilən məsələlər sırasındadır.

Batareya problemi…

Digər geniş yayılmış problem isə batareya ilə bağlıdır. İstifadəçilər batareyaların normaldan daha tez boşaldığını bildirirlər ki, bu da gündəlik istifadədə əlavə narahatlıq yaradır. Şirkətin təqdim etdiyi batareya diapazonu göstəriciləri real sürüşdə həmişə təsdiqlənmir. İstifadəçilər bildirirlər ki, soyuq hava, yüksək sürət və yol şəraiti nəticəsində avtomobilin real məsafəsi reklam ediləndən daha az olur.

Komfort və material keyfiyyəti…

Premium seqmentdə mövqelənən “Zeekr” modellərində bəzi sürücülər sərt süspansiyon, arxa oturacaqda dar ayaq yeri və bəzi hissələrdə plastik material keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqlarını ifadə edirlər.

Sürücüyə yardım sistemləri

“Zeekr” modellərində quraşdırılan adaptiv kruiz-kontrol və digər yardımçı sistemlər də bəzən düzgün işləməməsi ilə diqqət çəkir. Yol nişanlarını səhv oxuma, radarlardan yanlış xəbərdarlıqlar vermə kimi hallar da şikayətlər sırasındadır.

Ümumilikdə, “Zeekr” modelləri müasir dizaynı və texnologiyası ilə diqqət çəkir, lakin ilk istifadəçi təcrübələri onu göstərir ki, markanın hələ həllini gözləyən texniki və komfort problemləri mövcuddur.

Ekspertlər hesab edir ki, beynəlxalq bazarda daha güclü mövqeyə sahib olmaq üçün “Zeekr”in bu çatışmazlıqları tezliklə aradan qaldırması vacibdir. (Mənbə: Demokrat.az)

Bizim.Media

Chosen
13
9
bizim.media

10Sources