EN

Dünyanın ən varlı adamı o oldu

Dünyanın ən varlı adamı titulu çərşənbə günü "Tesla" və "SpaceX"in sahibi İlon Maskdan "Oracle"ın qurucusu Larry Ellisona keçib.
 
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
 
Bildirilib ki, "Oracle" şirkətinin süni intellekt sahəsinə yatırımlarından sonra açıqlanan güclü maliyyə nəticələri Ellisonun sərvətini bir gün ərzində 89 milyard dollar artıraraq 383,2 milyard dollara çatdırıb.
 
Bu artım tarixdə qeydə alınan ən böyük günlük sərvət artımı olub.
 
"Oracle" səhmləri süni intellekt şirkətlərinin artan məlumat mərkəzi tələbatı sayəsində gün ərzində 43 faizə qədər dəyər qazanıb və günü 36 faiz artımla tamamlayıb. 
 
Şirkətin bazar dəyəri bir gün içində təxminən 244 milyard dollar artaraq 922 milyard dollara çatıb. "Oracle" bununla da S&P 500 indeksində ən dəyərli 10 şirkət arasına daxil olub.
 
Şirkətin baş direktoru (CEO) Safra Catz bildirdi ki, onlar rüb ərzində dörd böyük milyard dollarlıq müqavilə imzalayıblar və qarşıdakı aylarda bir neçə böyük razılaşma daha gözləyirlər.
Chosen
29
operativmm.az

1Sources