EN

Mirzoyan: “Saziş imzalansa belə, sülh tam bərqərar olmayacaq”

 “Saziş imzalansa belə, sülh tam bərqərar olmayacaq.  Biz hələ yolun başlanğıcındayıq. Sülh uzun prosesdir, sülh danışmaq baxımından, istənilən sənəd baxımından qayğı, ehtiyat tələb edir”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.

O qeyd edib ki, hazırda Bakıda mühakimə olunan separatçılarla bağlı yekun qərar yoxdur. “Məhbuslarla bağlı məsələnin yekun həlli yoxdur. Baxmayaraq ki, Azərbaycan hamını azad etməyi öhdəsinə götürüb”.

Mirzoyan bildirib ki, dərc olunanlardan başqa heç nə ilə bağlı razılığa gəlməyiblər. “Bir çox texniki məsələlər danışıqlar tələb edir. Kommunikasiyaların blokdan çıxarılmasına nail olmaq bizim maraqlarımıza uyğundur. İnsanlar daim Azərbaycandan Naxçıvana keçiddən danışırlar, lakin Ermənistan eyni dərəcədə və eyni şərtlərlə blokadadan çıxarılacaq”.

Fərda Uğur

Chosen
16
1
tribunainfo.az

2Sources