Avropa Komissiyası Ukraynaya Aİ-nin G7 kreditinə verdiyi töhfədən daha 1 milyard avro ödədiyini açıqlayıb.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, "Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində müstəsna makromaliyyə yardımının səkkizinci tranşını buraxıb. Bu, Aİ-nin Ukraynanın ən böyük donoru kimi rolunu daha da gücləndirib", - AK-nin bəyanatında deyilir.
AK xatırladıb ki, təşəbbüs Ukraynaya 45 milyard avroya yaxın maliyyə dəstəyi göstərmək məqsədi daşıyır.
İlahə Qənbərli
Missiya.Az