EN

Enrike Kustodio “Zirə”də - Rəsmi

Portuqaliyanın “Leyşoynş” klubunun sol cinah müdafiəçisi Enrike Kustodio bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Azad agent statusuna malik 30 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Enrike Kustodio Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, “Nautiko”, “Parana”, “Portimonense”, “Farense”, B-SAD kimi klubların da formasını geyinib. 2023-cü ildən “Leyşoynş”da çıxış edən futbolçu bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı. Braziliyalı futbolçu Portuqaliya klubunun heyətində meydana çıxdığı 32 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Zirə” bu yay Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdul Aziz Batibye, Vensan Till, Namiq Ələsgərov və Leroy Mikelsi də heyətinə qatmışdı.

Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı və Georgi Papunaşvili ilə yeni müqavilə imzalanıb. Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval, Salifu Suma komandanı tərk ediblər. Səlim Həşimov isə “Şamaxı”ya icarəyə verilib.

error: Məzmun qorunur!
Chosen
26
11
arena.az

10Sources