EN

“Rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusdilli məktəb anlayışı yoxdur. Azərbaycanda ümumtəhsil məktəbləri var, orada rus bölmələri fəaliyyət göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb:

“Elə olur ki, məktəblərdə tələbat olmadığı və ya keyfiyyətli müəllim olmadığı üçün bu məqamda təbii azalma olur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
qafqazinfo.az

5Sources