EN

Məktəblərdə müəllimlərdən sinif təmiri üçün pul tələb olunması düzgün deyil - Nazir danışdı

Bəzi məktəblərdə valideynlərdən və ya müəllimlərdən siniflərin təmiri üçün pul toplanması halları müşahidə olunur. SİA xəbər verir ki, bu barədə brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, əgər müəllim özü istəyirsə, bunu başa düşmək olar, amma direktor müəllimdən pul tələb edirsə, müəllim bu barədə nazirliyə məlumat verməlidir: “Araşdırma zamanı nazirlik nümayəndəsi məktəbə gələndə direktor belə bir halın olmadığını deyə bilər. Bu, məsələnin həll olunmasına səbəb olur, amma müəllim və direktor arasında sonra gərginlik yarana bilər. Yeni müəllimlərdən belə tələblər olarsa, onlar mütləq etiraz etməlidirlər”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
28
sia.az

1Sources