EN

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 üçün onlayn qeydiyyat başlayıb

Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) üçün qeydiyyatın açıldığı elan olunur. SİA xəbər verir ki, böyük maraqla gözlənilən ikinci iqlim həftəsi sentyabrın 29-dan oktyabrın 3-dək Azərbaycanda, Bakıda keçiriləcək və bu, 2024-cü ildəki ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin uğurunun davamıdır.

Layihənin əhəmiyyəti ilə bağlı çıxış edən COP29 Prezidenti Muxtar Babayev bildirib: “Dünya ictimaiyyətinin Braziliyada keçiriləcək COP30 tədbirinə hazırlaşdığı bir vaxtda, 2025-ci il Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) Azərbaycanın iqlim fəaliyyəti sahəsində davamlı olaraq sərgilədiyi liderlik və əzmkarlığı bütün dünyaya nümayiş etdirir”.

Dünya COP30-a – Braziliyada keçiriləcək konfransa hazırlaşdığı bir vaxtda, Bakı İqlimFəaliyyəti Həftəsi 2025 Azərbaycanın iqlim fəaliyyətində davam edən liderliyini və sadiqliyini nümayiş etdirir.

COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai isə deyib: “2025-ci il Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) göstərir ki, biz regionumuzda “yaşıl” keçidi təşviq etməkü çün müəyyən edilən strateji kursu və COP29-un irsini davam etdiririk.”

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 regionun iqlim təqvimində əsas məqamdır və dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri, sahibkarları, gəncləri və icmaları iqlim həllərinə fokuslanaraq bir araya gətirəcək.

Proqrama 3 günlük Yüksək Səviyyəli Beynəlxalq Konfrans və siyasət, enerji, elm, maliyyə, gənclər sahibkarlığı, təhsil, moda, idman, mədəniyyət və digər sahələrdə şəhər üzrə tədbirlər daxildir.

Tədbirlərin bir çoxu ictimaiyyət üçün açıq olacaq, lakin qeydiyyat və ya bilet tələb oluna bilər. Digər tədbirlər isə yalnız dəvətlə və ya özəl qaydada keçiriləcək.

Ətraflı məlumat üçün buradakıonlayan proqrama baxa bilərsiniz. Maraqlanan iştirakçılar qeydiyyat formasını dolduraraq birbaşa qeydiyyatdan keçə bilərlər.

Əlavə suallar üçün bu ünvana [email protected] müraciət edə bilərsiniz.

Chosen
6
3
sia.az

4Sources