EN

İlham Bayramov: "Xaçınçay, Köndələnçay anbarlarının təmir-bərpa işləri təmin olunub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatı ilə təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, bir neçə su anbarlarının - Xaçınçay, Köndələnçay anbarlarının təmir-bərpa işləri təmin olunub:
"Zabuxçay su anbarının və Zabuxçaydan çıxan 51 km uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib. Eyni zamanda bu regionda Həkəriçay və Bərgüşadçay su anbarlarının inşası istiqamətində işlər aparılır.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır".
Məhərrəm Əliyev
Chosen
90
1
oxu.az

2Sources