EN

Laktozasız südün faydaları nələrdir?

Son illər dünyada olduğu kimi Azərbaycanda da laktozasız süd məhsullarına maraq artır. Bu məhsullar xüsusilə laktoza dözümsüzlüyü olan insanlar üçün böyük rahatlıq yaradır.

Azreform.info xəbər verir ki, laktoza südün tərkibindəki təbii şəkərdir. Onu parçalamaq üçün orqanizmdə laktaza adlı ferment fəaliyyət göstərir. Bu fermentin çatışmazlığı zamanı süd şəkəri həzm olunmur və bağırsaqlarda köp, qarında qurultu, qaz, ishal kimi narahatlıqlara səbəb olur. Laktozasız süddə isə bu şəkər əvvəlcədən parçalandığı üçün belə problemlər yaranmır.

Laktozasız südün bir sıra üstünlükləri var:

Həzm sisteminə rahat təsir edir – xüsusilə həssas mədə-bağırsaq sistemi olan insanlar üçün uyğundur;

Tam qida dəyərinə malikdir – adi süd kimi zülal, kalsium, D vitamini və digər minerallarla zəngindir;

Enerji verir və immuniteti gücləndirir – müntəzəm istifadə bədənin müqavimətini artırır;

Südü sevməsinə baxmayaraq içə bilməyənlər üçün alternativdir – beləliklə süd məhsullarından imtina etməyə ehtiyac qalmır.

Laktozasız süd yalnız dözümsüzlüyü olan insanlar üçün deyil, həm də sağlam qida seçimi kimi gündəlik rasiona daxil edilə bilər.

Həmidə İbrahimova

Chosen
28
2
azreform.info

3Sources