EN

Nazirdən müəllimlərə irad: "Şeirin arxasında gizlənməyin"

"Daha çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün oxuyub-anlama mövzusunda materiallar olacaq" .

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, ən böyük problemim oxuma və anlama bacarığı ilə bağlıdır. 

Nazir bildirib ki, oxuyub-anlama prosesini artırmaq lazımdır:

“Şeir əzbərləmək oxuyub-anlamaq bacarığının inkişafı demək deyil. Məsələn, biz demirik, Abbas Səhhət dərslikdə olmasın. Deyirik ki, müəllimlər şeirin arxasında gizlənməsin. Şeiri tədris edək, amma onunla bərabər oxuyub anlamağı da uşaqlara öyrədək".

Chosen
21
11
cebheinfo.az

10Sources