EN

Tərbiyəçi müəllimlər növbəti ildən sertifikasiyaya cəlb ediləcək

Tərbiyəçi müəllimlər növbəti ildən sertifikasiyaya cəlb ediləcək

Cari tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi gözlənilir.

AFN.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev növbəti tədris ilinin başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur.

Nazirin sözlərinə görə, tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiq edilib: "2026-cı ildən bu qaydanın tətbiq olunması gözlənilir".

E.Əmrullayev qeyd edib ki, ötən tədris ilində aparılan yoxlamalar nəticəsində 18 məktəbəqədər təhsil müəssisəsi rəhbərinin işinə xitam verilib.

Chosen
23
afn.az

1Sources