"Qarabağ və Şərqi Zəngəzurda məktəbəqədər təhsil müəsssiləri fəaliyyətə başlayıb. Bu gün 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub".
Far.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
Nazir əlavə edib ki, həmin təhsil müəssislərində 82 heyət üzvü çalışır.: "Bu il daha 6 müəssisənin istifadəyə verilməsi planlaşıdırlır".