EN

Aleksey Antonyuk postunu tərk edib

Yazını böyüt
Yazını kiçilt

“Sabah” futbol klubunun məşqçilər korpusunda ayrılıq yaşanıb.

Klubun mətbuat xidmətindən hafta.az-a verdiyi məlumata görə, qapıçılar üzrə məşqçi Aleksey Antonyuk postunu tərk edib.

Rusiyalı çalışdırıcı həmyerlisi Vasili Berezutskinin dəvəti ilə ötən ilin dekabrında “tələbələr”ə qoşulmuşdu. Berezutski vəzifəsindən ayrılsa da, o, Azərbaycandakı işini davam etdirirdi.

41 yaşlı mütəxəssis bundan sonra ölkəsinin “Soçi” komandasında işləyəcək.

Chosen
52
hafta.az

1Sources