Çini iqtisadə gücü onu görməməzlikdən gəlməyə mane olur.
APA “Reuters” ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət naziri Peter Kayl Çinlə ticarət münasibətlərini şərh edərkən deyib.
“Çinin iqtisadi gücü nəinki onu ciddi qəbul etməməyə imkan vermir, hətta onunla əlaqələr qurmağa təşviq edir”,- britaniyalı nazir qeyd edib.
Qeyd edək ki, Britaniyanın yeni təyin olunmuş ticarət naziri Peter Kayl Çinlə iqtisadi münasibətlərdə ümumilikdə 1.35 milyard dollarlıq maneələri növbəti 5 il ərzində aradan qaldırmağı planlaşdırır.
Analitiklərin fikrincə, Çinin Avropada ən böyük səfirliyi Londonda tikmək planı bu səyləri təhlükəyə ata bilər.
Çünki, Çinin bu səfirlikdə casusuluq məqədləri üçün istifadə etməsi ehtimalı böyükdür.