EN

Milli Məclisdə dərsliklərlə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və tarix dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov deyib.

O bildirib ki, dinləmə elm və təhsil naziri Emin Əmrullayevin işitrakı ilə təşkil olunacaq.

"Bu məsələ komitənin payız sessiyası üzrə İş planına daxil edilib", - deputat əlavə edib.

Chosen
31
7
apa.az

8Sources