EN

Özəl pensiya fondu ilə bağlı sənəd bu tarixdə MM ə daxil olacaq

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı gözlənilir. Bununla bağlı qanun layihəsinin hazırlanma prosesi gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev prosesin yekun mərhələdə olduğunu bildirib:

“Bildiyim qədərilə proses yekun mərhələdədir. Qanun layihəsi payız sessiyasına çatmasa da, yəqin yaz sessiyasının əvvəlinə Məclisə daxil olacaq və müzakirəyə çıxarılacaq”.

Komitə sədri özəl pensiya fondlarının üstünlüklərini belə izah edib:

“Bu bir alternativdir. Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu var. Vətəndaşlarımız pensiya yaşına çatanda, yaxud pensiya kapitalı, stajı olduqda 65 yaşından sonra pensiyaya çıxır. Özəl pensiya fondunun üstünlüyü onda olacaq ki, vətəndaşla qurum arasında müqavilə imzalanacaq və onun əsasında şərtlər müəyyənləşəcək. Pensiyaya çıxma qaydası, vaxtı, məbləği, pensiyaya çıxana qədər ora qoyduğu kapitalın dövr etməsi, hansı investisyalara yatırılması və ondan nə qədər faizin gəlməsi, eləcə də digər məsələlər müqavilə əsasında müəyyənləşəcək. Bu bir alternativdir, vətəndaşa seçim hüququ tanıyır və vətəndaş daha geniş şəkildə öz pensiya təminatını həyata keçirə bilər. Bu baxımdan hesab edirəm ki, yaxşı bir təşəbbüsdür. İnşallah qanun Məclisə gələndə onun detalları barədə də məlumat verərik”.    

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
3
modern.az

4Sources